Yaxın günlərdə əməkdar jurnalist, “Yeni Müsavat” qəzetinin keçmiş baş redaktoru Azər Ayxanın rəhbərliyi altında yeni xəbər saytı fəaliyyətə başlayacaq.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, yeni sayt daha çox ictimai-siyasi və informasiya sahələrində materiallar yayımlayacaq.
Saytın redaksiyası yeni işçilərdən formalaşıb.
Qeyd edək ki, Azər Ayxan bir neçə ay öncə qardaşı Rauf Arifoğlunun təsisçisi olduğu “Yeni Müsavat” qəzetindən istefa verib.
Zaur Hacılı Demokrat.az


