Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların quruduğu faktıaşkarlanıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov “ bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Ailə Park” MMC tərəfindən qəsdən qurudulduğu və təbiətə ümumilikdə 11760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.


