Sosial Özəl

"Çağrı Mərkəzinə 47 mindən çox müraciət daxil olub" — "Azəriqaz"ın şöbə rəisi

Çağrı Mərkəzinə 47 mindən çox müraciət daxil olub — Azəriqazın şöbə rəisi

"Avqust ayı ərzində " Azəriqaz"-ın SMS-lə bağlı Qəza Çağrı Mərkəzinə 47 mindən çox abonent müraciət edib”.

Demokrat.azxəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı deyib.

Şöbə rəisi bildirib ki, müqaviləsi olmayan şəxslərə sms göndərilib:

"Xahiş olundu ki, qaz idarələrinə müraciət etsinlər. Ancaq insanlarda ajiotaj yarandı, şikayətlər olundu ki, biz gedə bilmirik. Məlum oldu ki, bəzi evlərin sahibləri dünyasını dəyişir, ancaq orada yaşayan insanlar yaşadığı mənzilin suyunu,qazını adına keçirtməkdə maraqlı deyillər. Bu da nəticədə belə problemlərin yaranmasına səbəb olur. Belə olduğu halda, vətəndaşlar mütləq müvafiq orqanlara arayış və "kupça" təqdim etməlidir. Çünki bazalar yenilənir, elektrona keçirilir. Hətta, bazalarda bəzi vətəndaşların əlaqə nömrəsi yoxdur. Həmçinin, onlar müqaviləyə bağlayanda bu barədə "Azəriqaz"a xəbərdarlıq etməlidir. Belə məsələlər 80 nömrəli müqavilədə öz əksini tapıb. Qeyd edim ki, əgər müqavilə yoxdursa, o zaman abonentin qaz təchizatı dayandırılacaq. Hər iki tərəf qarşılıqlı öhdəliyini yerinə yetirməlidir. Çünki bu təhlükəsizlik baxımından vacibdir”.

Aynurə Demokrat.az

D
demokrat.az