Xaçmaz rayonunda canavarlar fərdi təsərrüfata hücum edib.
Demokrat.Az Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Bəbəli kəndinin sakini Rəhman Məmmədovun təsərrüfatında baş verib. Gecə saatlarında canavarlar tövləyə soxularaq 15 baş qoyun-quzunu parçalayaraq öldürüb, 15-ni isə yaralayıb.
Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəlib. Ölmüş heyvanlardan nümunə götürülərək, ərazidə dezinfeksiya işləri aparılacaq.
Demokrat.Az


