Hadisə

Səhv qan köçürülüb ölən 3 aylıq uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Səhv qan köçürülüb ölən 3 aylıq uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi səhv qanköçürmə nəticəsində öldüyü iddia edilən 3 aylıq körpəylə bağlı məlumat yayıb.

Bakupost.az-un nazirliyin mətbuat xidmətinə istinadən xəbərinə görə, məlumatda bildirilir ki, Əsgərzadə Mədinə Orxan qızı 28 mart 2019-ci il tarixdə saat 14.10 da Respublika Uşaq Klinik Xəstəxanasına valideynləri tərəfindən gətirilib, aparılan müayinədən sonra vəziyyətinin ağırlığı ilə əlaqədar təcili anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Nazirlikdən bildirilib ki, uşaq xəstəxanaya daxil olarkən vəziyyəti həddindən artıq ağır olub: "Bu, anemik sindromla, nevroloji simptomatika ilə əlaqədardır. Dəri örtüyü kəskin solğun, qaraciyər və dalaq böyük olçüdə (6-7sm) olub. Reanimasiyada olduğu müddətdə bütün müayinələr aparılıb (ümumi kliniki, biokimyəvi, serroloji, insturmental və dar ixtisaslı həkimlər). Eyni zamanda xəstəyə ET Hematologiya və Transfuziologiya İnstitunun əməkdaşı tərəfindən baxılıb və orda bir sıra müayinələr aparılıb. Son nəticədə xəstəyə "Fetal hepatit, immun hemolotik anemiya” diaqnozu qoyulub. Xəstə daxil olarkən Hb səviyyəsi çox aşağı (60ql) olduğuna görə təcili qan köçürülməsi həyati göstəriş olub. Valideyn heç bir sənəd təqdim etmədən, şifahi olaraq bildirib ki, doğum evində qan qrupunun A(II)Rh olduğunu deyiblər. Buna əsaslanaraq həkim laborant tərəfindən qan qrupu 3 dəfə yoxlanaraq, 0(I)Rh+ təsdiq olunub. Bioloji sınaqlar aparıldıqdan sonra xəstəyə qan köçürülüb. 4 dəfə yuyulmuş eritrosit kütləsi köçürülməsinə baxmayaraq, Hb –nin səviyyəsi qalxmayıb. Bu da uşağın əsas xəstəliyi ilə əlaqədar olub. Tibbi protokollara və elmi ədəbiyyatlara əsaslanaraq, I qrup universal qan olduğu üçün bütün qruplara köçürülə bilər. Aparılan müalicə fonunda xəstənin vəziyyəti stabil olub, lakin 4 aprel 2019-cu ildə valideynlər həkimlərin təkidinə baxmayaraq, məsuliyəti öz üzərlərinə götürüb, müalicə və müayinələrdən imtina edərək uşağı İran İslam Respublikasına aparacaqlarını bildiriblər. Bu barədə valideynlərdən iltizamnamə alınıb”.

Demokrat.Az

D
demokrat.az