“Qarabağ müharibələri Azərbaycan xalqına, Azərbaycan dövlətinə kifayət qədər faciələr, dağıntılar, xarabalıqlar gətirdi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, tarixçi-alim Anar İsgəndərov deyib.
Deputat qeyd edib ki, bu müharibə Ermənistan dövləti və onun havadarları tərəfindən Azərbaycana qarşı başlanan işğalçı və ədalətsiz bir müharibə idi:
“İlk əvvəl Qərbi Azərbaycandan olan azərbaycanlılar öz dədə-baba yurdlarından qovuldu. Hər şeyi əllərindən alındı, hətta bəziləri heç canlarını qurtara bilmədilər, şikəst edildi, yandırıldı, məhv edildi. Bundan ruhlanan ermənilər və onların havadarları Dağlıq Qarabağ problemini ortalığa atdılar, Dağlıq Qarabağı işğal etdilər, Aran Qarabağını işğal etdilər. Beləliklə də, Azərbaycan xalqına qarşı olmazın faşist hərəkətləri ilə yaddaşlara həkk olundu. Azərbaycanlıların itirdiyi məlumdur, minlərlə şəhidimiz, yaralılarımız var. Bu gün də müalicə olunub, lakin sağala bilməyənlərimiz var. Var-dövlətləri əlindən alındı, evləri-eşikləri yandırıldı, nələr-nələr bunlar məlumdur… Bəs, bir xalq olaraq, dövlət olaraq tarix baxımından biz nəyi qazandıq? Birinci bəlkə də bu vaxta qədər göz yaşı içində sızlayan, ağrıyan “bir erməni var” ifadəsinin üzərindən xətt çəkə bildik. Bütün dünyanı inandıra bilmədik ki, ey ədalətsiz dünya, ey siyasi maraqlar üzərində qurulan dünya erməni sizin dediyiniz kimi yazıq deyil. Göz yaşı içində yaşayan deyil, haqqı əlindən alınan deyil! Erməni qəddardır, amansızdır, faşistdən də faşistdir! Rəhmi yoxdur, ədaləti yoxdur. Hətta, onlar o qədər amansız və qəddardır ki, təkcə iki ayaq üzərində duran insanları yox, yüz illər boyu dünyadan gedən insanların qəbirlərini gor eşənlər kimi eşir. Qəbri üzərində qoyulan başdaşını sındırır, ya da yandırır. Bu xalq, bu millət, Ermənistan deyilən dövlət bu əraziyə yaddır, bu ərazinin sahibi deyil, gəlmədir! Təkcə gəlmə olduğuna görə yox, amansız və qəddar xaraterinə görə o tarixdə qalmamalıdır”.
“Ermənilərin Kəlbəcərdə törətdikləri kimə məlum deyil ki? Ağdamda, Füzulidə, Cəbrayılda törətdikləri hamıya məlumdur. Amma, çox təəssüflər olsun ki, dünya bugünə qədər ermənin üstündən əlini götürməyib. Bu gün okeanın o sahilindəki olan dövlət hələ ATƏT-in Minsk qrupunun həmsədri kimi özünü təqdim edir və ya Avropanın demokratiya beşiyi sayılan Fransa “bəlkə də qaytardılar” düşüncəsi ilə danışır, təhdid edir. Bunlar hamısı boş şeylərdir. Laçında törədilənlər qeyri-adi deyil. Nə üçün? Çünki Laçına qədər də Azərbaycanın hansı torpağını erməni işğal edibsə, dünyanın heç bir qəddar insanların törədə bilmədiyini törədiblər. Yandırıblar, məhv ediblər. Təbii ki, Laçında olan qəbiristanlıqlarda da insanlarda 10 il, 30 il, 50 il bundan əvvəl dünyasını dəyişən insanlarda qızıl axtarışına çıxıblar. Bu da heç bir xalqa hörmət gətirmir, baş ucalığı gətirmir. Bu, əslində goreşənlər dünyada həmişə nifrətlə damğalanıb. Erməni xalqı da artıq bu nifrəti alıb”, - deyə deputat sonda fikirlərini yekunlaşdırıb.
Aynurə Pənahqızı Demokrat.az


