İdman

"Başakşəhər"in məğlubiyyəti "Qalatasaray"ı çempionluğa bir addım da yaxınlaşdırdı

Başakşəhərin məğlubiyyəti Qalatasarayı çempionluğa bir addım da yaxınlaşdırdı

Türkiyə Super Liqasında XXX tura start verilib. Matc.az saytının məlumatına görə, turun açılış günündə bir qarşılaşma baş tutub.

Lider “Başakşəhər” öz meydanında “Göztəpə” ilə qarşılaşıb. Oyunda hesabı qonaqlar açıblar. Jerom 7-ci dəqiqədə fərqlənib.

Oyunboyu hücumlarını artıran İstanbul təmsilçisinin cəhdləri nəticə verməyib. Əvəzində isə Kadah 85-ci dəqiqədə fərqi iki topa çatdırıb.

Bu qol oyunda sonuncu olub və “Başakşəhər” növbəti dəfə itki ilə üzləşib.

Qeyd edək ki, bu turda "Qalatasaray" səfərdə "Konyaspor"a qalib gəlsə, o zaman“Başakşəhər”lə zirvəyə şərik çıxacaq.

Türkiyə Super Liqası

XXX tur

26 aprel

“Başakşəhər” – “Göztəpə” – 0:2

Jerom, 7, Kadah, 85

D
demokrat.az