Hadisə Özəl

“Arvadım başqa qadınla gəzdiyimi deyirdi, amma mən isə...” — Sumqayıtda ŞOK OLAY

“Arvadım başqa qadınla gəzdiyimi deyirdi, amma mən isə...” — Sumqayıtda ŞOK OLAY

Sumqayıt şəhərində 1984-cü il təvəllüdlü İsaxan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı arvadı Ramiləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsaxan bildirib ki, Ramilə onun həyat yoldaşıdır və onların birgə nikahından 4 övladları var:

“Təxminən 7 ildir ki, biz ailəliyik. Həyat yoldaşım mütəmadi olaraq mənə başqa bir xanımla münasibətlərimin olduğunu bildirdiyi üçün tez-tez aramızda mübahisələr yaranıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 2 iyun 2022-ci ildə, gecə saat 01.00-da yaşadığı evə gəlib və öz yataq otağına daxil olarkən həyat yoldaşı yenə də onu qısqanaraq başqa bir xanımla münasibətinin olmasını bildirərək mübahisə edib: “Həyat yoldaşıma belə bir hal olmadığını bildirdim. Mübahisə zamanı əlimin arxası ilə onun sifət nahiyəsindən vurdum.

Bundan sonra mübahisəmiz olmadı. Səhər ayıldıqda isə həyat yoldaşımın evdə olmadığını və atası evinə getdiyini müəyyən etdim. Bundan sonra polis bölməsindən məni izahat verməyə dəvət edərkən bildim ki, həyat yoldaşım məndən polisə şikayət edib”. Sumqayıt şəhər Məhkəməsi tərəfindən hökm çıxarılan zaman təqsirləndirilən şəxsin arvadı ilə barışmasını, arvadının ondan şikayətçi olmaması nəzərə alınıb.

Bu səbəbdən İsaxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli Demokrat.az

D
demokrat.az