Hadisə

Göygöldə qəza — Ölən və yaralananlar var

Göygöldə qəza — Ölən və yaralananlar var

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "QAZ-53" markalı yük avtomonili ilə "VAZ-2107" markalı minik maşının toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az