Region

Tbilisinin ətraf kəndlərini yanğın bürüdü

Tbilisinin ətraf kəndlərini yanğın bürüdü

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yerləşən bir neçə kənddə eyni vaxtda meşə yanğını baş verib.

Bubarədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Tskneti, Tsavkisi, Baqebi və Napetvrebi kəndlərində bir neçə aktiv yanğın müşahidə edilib.

Hazırda yanğınsöndürənlər mübarizə tədbirləri aparır.

Məlumata görə, əsasən quru ot və kol-kos yanıb.

Yanğının söndürülməsinə külək mane olur.

Demokrat.az

D
demokrat.az