Sosial Özəl

"Azəriqaz" İB-nin baş direktoru: “Qazlaşma keçirilən yerlərdə abonentlərdən 285 manat məbləğ tələb olunur”

Azəriqaz İB-nin baş direktoru: “Qazlaşma keçirilən yerlərdə abonentlərdən 285 manat məbləğ tələb olunur”

“Qazlaşma keçirilən yerlərdə abonentlərdən 285 manat məbləğ tələb olunur. Bir daha abonentlərə bildirim ki, konkret bir məbləğ yoxdur”.

Demokrat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

“Abonentlərimiz özləri hər hansı podrat təşkilatının biri ilə yox, bir neçəsi ilə danışıqlar apara bilərlər. Bugünkü gün 22-ə yaxın podrat təşkilat vardır ki, onlarla müxtəlif danışıqlar aparmaq mümkündür. Yəni, orada konkret bir məbləğ yoxdur. Bir daha bildiririk ki, son 3 ildə qazlaşma aparılan yerlərdə ancaq küçə xətləri çəkilir. Orada biz yalnız şəhid ailələrinə və qazilərə istina edərək sayğac quraşdırırıq. Digər abonentlərə isə sayğac ödənişsiz verilir. Ancaq vətəndaşın mənzilinə daxili xətlərin çəkilməsi, sayğacdan evin istənilən məsafəsinə qaz xəttinin çəkilməsi xüsusi podrat təşkilatlar tərəfindən icra edilir. Vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək, həmin podrat təşkilatların siyahısını götürə bilərlər, oradan telefon nömrələrini də əldə edə bilərlər.Həmçinin, onlarla danışıb, müqavilə bağlayıb, sərbəst həyata keçirdə bilərlər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az