İdman Özəl

“Kəpəz”in hücumçusuna ağır cəza verildi

“Kəpəz”in hücumçusuna ağır cəza verildi

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev uzun müddətli cəzalandırılıb.

Demokrat.az xəbər verir ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyununda Gəncə klubunun hücumçusu Rauf Əliyevi etdiyi hərəkətə görə cəzalandırıb.

O, hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılsa da, yenidən meydançaya daxil olub. Buna görə də Əliyev beş oyun cəzalandırılıb, “Kəpəz” isə 4.000 manat cərimə olunub.

Zamiq Demokrat.az

D
demokrat.az