Gündəm

SOCAR-dan quyudakı açıq fontanla bağlı AÇIQLAMA

SOCAR-dan quyudakı açıq fontanla bağlı AÇIQLAMA

“Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda açıq fontan ləğv edilib.

SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyasındanverilən məlumata görə, “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda qeydə alınan açıq fontan tam lokallaşdırılıb və quyu bağlanılaraq nəzarətə götürülüb.

Fontanın ram edilməsi prosesində "Neft Daşları" NQÇİ-nin, SOCAR-ın Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupu və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən bütün texniki və təşkilati tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilib.

Hadisə nəticəsində yanğın baş verməyib, xəsarət alan olmayıb.

Demokrat.az

D
demokrat.az