Bu gün Sultanbud kurqanında qeyri-qanuni aparılan tikinti işləriylə yaxından tanış oldum. Təəcüblənmədim. Sadəcə mənə maraqlı gəldi ki, rayonun siyası rəhbərinin bu tikintini təkidlə davam etdirməsində hansı məqsədi var, bilən varmı.
Demokrat.az xəbər verir ki, bunu "Bələdiyyələrin fəaliyyətinin təbliği" İB sədri, "Belediyye.info" saytının təsisçisi Vüqar Tofiqli bildirib.
"Son iki gündə isə işlər sürətli şəkildə davam etdirilir. Hər halda bu gün gördüyüm və şahidi olduğum məqamlarla və aldığım cavab məktublarıyla bağlı ikinci araşdırma yazısını ictimaiyyyətə təqdim edəcəyəm. Düşünürəm ki, Sultanbud kurqanı ətrafında gedən proseslərə cənab Prezidentin müdaxiləsi rayonun bu işdə əli olan məmurlarına baha başa gələcəyinə heç şübhəm yoxdur. Bəlkə bir az düşünək....", deyə Vüqar Tofiqli qeyd edib.



Malik Demokrat.az


