Mədəniyyət

“Azərxalça” 2021-ci il üzrə maliyyə hesabatını açıqladı

“Azərxalça” 2021-ci il üzrə maliyyə hesabatını açıqladı

“Azərxalça” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Nəzərinizə çatdırmaq istərdik ki, 2021-ci ildə hesabatda da qeyd olunduğu kimi, maliyyə-strateji və cari qərarların hərtərəfli əsaslandırılması, biznes planlaşdırması zamanı risklərin azaldılması, etibarlı tərəfdaşların seçilməsi və işgüzar mühitin yaradılması nəticəsində Cəmiyyətin fəaliyyətində dayanıqlı inkişaf nəzərə çarpıb.

Demokrat.az xəbər verir ki, cəmiyyətin 2021-ci ildə satış həcmi 1 606 810 manat təşkil edərək, yüksək artım göstərmişdir. 2020-ci il üzrə satış həcmi 5 153 524 manat olmuş, lakin bunun 5 084 745 manat hissəsini COVID-19 pandemiyası dövründə dövlət dəstəyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə satılmış xalçalar təşkil etmişdir ki, faktiki olaraq, Cəmiyyət öz imkanları hesabına 2020-ci il ərzində cəmi 68789 manat dəyərində xalça satmışdır.

Öz imkanları hesabına “Azərxalça” ASC 2020-ci ildə cəmi 68789 manat dəyərində xalça satdığı halda, 2021-ci ildə bu rəqəm 1 606 810 manat təşkil etmişdir.

Hesabatda eyni zamanda qeyd olunur ki, Cəmiyyətin 2021-ci ildə cari dayanıqlı inkişafına və maliyyə sabitliyinə aşağıda qeyd olunan pozitiv amillər təsir göstərmişdir: • korporativ idarəetmə sisteminin tətbiq edilməsi;

• maliyyə-təsərrüfat əməliyyatlarının, maliyyə resurslarıın istifadəsinin səmərəliliyinin artması;

• geniş tələbata malik yeni müasir dizaynlı yun və ipək xalçaların istehsal edilməsinə və satışına başlanması;

• xarici ölkələrə (Almaniya, Bəhreyn, BƏƏ, İsrail, Rusiya və sair) xalçaların satışının həyata keçirilməsi;

• Cəmiyyətin inkişafına dair yol xəritəsinin hazırlanması və mərhələlərlə həyata keçirilməsi.

Demokrat.az

D
demokrat.az