Meyvə yığmaq istəyən kişi ağacdan yıxılaraq ölüb.
Demokrat.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Balakən rayonunun Kortala kəndində baş verib.
Kənd sakini, 1962-ci il təvəllüdlü Abdurəhmanov Musa Məhəmmədiyə oğlu həyətdə meyvə yığımı zamanı ağacdan yıxılıb və aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)


