Hadisə

Bakıda 6 yaşlı uşağı maşın vurdu

Bakıda 6 yaşlı uşağı maşın vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Səməd Vurğun küçəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Ağayev Yusif Heydər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az