Region

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi: “Darya Duqinanı FTX partladıb: Biz belə işləmirik”

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi: “Darya Duqinanı FTX partladıb: Biz belə işləmirik”

Ukraynanın Daria Duqinanın qətlində əli yoxdur.

Bu barədə “Kanal 24”ə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov bildirib:

"FTX bunu edib. Amma deyəcəklər ki, bunu bizim birimiz edib. Biz bu şəkildə işləmirik. Bizim oğlan və qızlarımızın yerinə yetirdiyi daha əhəmiyyətli tapşırıqlarımız var. Bizim bu xanımın partladılmasında heç bir əlaqəmiz yoxdur. Bu, Rusiya Federasiyası hakimiyyətini tənqid edən insanları uzaqlaşdırmağa başlayan Rusiya xüsusi xidmət orqanlarının işidir. Və çoxları bilir ki, bu xanım atası ilə birlikdə Rusiya hərbi rəhbərliyini tənqid edərək bu qondarma hərbi əməliyyatların tempindən narazı olduqlarını, bunun ani olmasını istədiklərini bildirmişdilər. Bir daha vurğulayıram: bizim xüsusi xidmət orqanlarının bununla heç bir əlaqəsi yoxdur”.

Demokrat.az

D
demokrat.az