Gündəm Özəl

Türkiyə ilə Suriya arasında buzlar əriyəcəkmi? — ŞƏRH

Türkiyə ilə Suriya arasında buzlar əriyəcəkmi? — ŞƏRH

"Aydın məsələdir ki, öncəki illərdən fərqli olaraq dünya geosiyasətində kifayət qədər dəyişikliklər baş verib. Bunu Türkiyə də başa düşür və dəyişən şərtlər ilə ayaqlaşmağa çalışır. Digər bir faktor isə Türkiyədə qarşıdan gələn 2023-cü il prezident seçkiləridir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev Ərdoğan və Əsəd görüşünü şərh edərkən deyib. Politoloq qeyd edib ki, Türkiyə prezidenti daxildə eloktoratlarını itirdiyinin fərqindədir:

"Məhz buna görə seçki öncəsi ölkələr ilə gərginlikləri minimuma endirib münasibətləri normallaşdırmağa üstünlük verir. İsrail, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir ilə münasibətlərin normallaşması, Ermənistan ilə sərhədlərin açılması, Rusiya-Ukrayna müharibəsində vasitəçilik missiyası və s. buna misal ola bilər. Bütün bunların fonunda rəsmi Ankaranın Suriya ilə də münasibətləri normallaşdırması mümkündür. Hesab edirəm ki,Ərdoğan Əsədlə Səmərqənddə bir araya gəlməsi mümkündür. Məsələ ondadır ki, Rusiya Prezidenti Ərdoğanı Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək sammitinə dəvət edib. Putin, həmçinin Əsəddən də bu görüşdə iştirak etməsini istəyib.

Hələlik nə Ərdoğan, nə də Əsədin görüşdə iştirak edib-etməyəcəyi bəlli olmasa da bunun baş tutması belə tərəflər arasında ikli görüşün olacağı mənasına gəlmir.

Hesab edirəm ki, Ərdoğan Əsədlə görüşmədən öncə həm daxili auditoriyanı, həm də müxalifəti bu görüşə hazırlamalıdır. Nəticə etibarilə 2023-cü ildə bu görüş reallaşa bilər".

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az