Gündəm Özəl

Deputat: “Ermənistan Azərbaycana vurmuş olduğu ziyana görə mütləq hesab ödəməlidir”

Deputat: “Ermənistan Azərbaycana vurmuş olduğu ziyana görə mütləq hesab ödəməlidir”

"Ermənistan dövləti 30 il ərzində beynəlxalq hüququ tapdalayaraq, özünün haqlanmış olduğu bir çox güclər vasitəsilə, habelə dünyadakı mövcud ikili standartlardan da istifadə edərək, Azərbaycana qarşı qərəzsiz, işğalçı, faşist siyasət həyata keçirmiş və torpaqlarımızı işğal etmişdir. Şübhəsiz ki, 44 günlük Vətən savaşı dövründə Azərbaycan əsgərinin göstərmiş olduğu şücaət, Ali Baş Komandan Cənab İlham Əliyevin liderliyi altında dəmir yumruqla düşmənin başını tarımar edən tarixi addım atıldı. Bu tarixi addım Ermənistan dövlətini lazımi şəkildə addımlar atmağa məcbur etdi".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib. Deputat vurğulayıb ki, ermənilər Kəlbəcərdən Azərbaycan dövlətinin güclü iradəsi sayəsində, həmçinin dəmir yumruğumuzu görərək çıxdıqları zaman da bir çox yerləri minalamışdılar:

"Bu gün də ermənilər bu iyrənc əməllərini Laçında davam etdirirlər. Ermənistanın Azərbaycana qarşı həyata keçirmiş olduğu bu addımların hər biri beynəlxalq terror kimi qəbul edilməlidir".

Millət vəkili qeyd edib ki, Ermənistanın həm Azərbaycan xalqına, həm Azərbaycan ekologiyasına, həm də mədəni sərvətlərinə vurmuşdur:

"Bütün bu ziyanın qarşılığında Azərbaycan dövlətinin müvafiq qurumları bu istiqamətdə lazımi addımlar atırlar. Beynəlxalq hüquq məhkəmələrində, hüquq strukturlarında bununla bağlı Ermənistandan ciddi miqdarda yüklü təzminatlar tələb edilməlidir. Qeyd edim ki, İraq Küveyti 1990 - cı illərdə işğal etmişdir. Küveytdən çəkildikdən sonra vurmuş olduğu zərərə görə İraqı beynəlxalq instansiyalar məcbur etdi ki, Küveytə təzminat ödəsinlər. Bu prosedur əminəm ki, yaxın gələcəkdə Ermənistana hansısa formada tətbiq oluna bilər. Hesab edirəm ki, ölkəmiz bu gün öz gücü və iradəsi ilə lazımi addımlar atmaqdadır. Gələcək üçün də qanuna uyğun hüquq normaları çərçivəsində bu prosedur qaydaları həyata keçiriləcək. Ermənistan atmış olduğu və Azərbaycana vurmuş olduğu bütün maddi və mənəvi ziyana görə mütləq və mütləq hesab ödəməlidir. Ermənistan rəhbərliyi, Ermənistanın içində və çölündə olan havadarları başa düşməlidirlər ki, artıq dövr o dövr deyil. Azərbaycan dövləti güclü, qüdrətli dövlətdir. Azərbaycan regionda söz sahibidir. Azərbaycanın insani yanaşması, tolerant baxışı nöqteyi-nəzəri heç də sui-istismal olunmamalıdır. Bilinməlidir ki, dəmir yumruq hər zaman hazırdır. Azərbaycan dövlətinə, xalqına bu şəkildə zərər verməklə, ciddi problemlər yaratmaqda niyyətli olan hər kəs və hər bir dövlət lazımi cavabını Ali Baş komandamızın başçılığı altında alacaqdır .

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az