Almaniyada 2 qadın Rusiya qazına embarqo qoyulması tələbilə alman kanslerə soyunaraq etiraz edib.
“Alman dalğası” radiosunun xəbərinə görə, dünən Almaniyanın paytaxtı Berlində “Federal hökümətin qapılarının acılması” günü mərasimində 2 qadın kansler Olaf Şoltsa etirazlarını çatdırmaq üçün aksiya keçiriblər. Onlar kanslerə selfi çəkdirmək bəhanəsilə yaxınlaşaraq gözlənilmədən soyunublar.
Qadınların sinələrinə “Rusiya qazına embarqo” şüarları yazılıb. Kansler etiraza təbəssümlə reaksiya verib. Qadınlar hadisə yerindən uzaqlaşdırılıblar.

Malik Demokrat.az


