Rusiya Ukraynada davam edən müharibəyə hərbçi cəlb etmək adı altında50-dən çox könüllü batalyon yaradır.
Demokrat.az bildirir ki, bu açıqlama ilə tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.
“Belə batalyonlar Rusiya Federasiyasının 34 bölgəsində yaradılır, onların hər birinin öz adı olacaq”, - deyə hərbi ekspert bildirib.
O. Jdanov əlavə edib ki, könüllü batalyonlara qoşulan rusiyalılara ayda orta hesabla 100-360 min (2800 – 10000 manat)rubl maaş vəd edilir.
Leyla Demokrat.az


