Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Qəzadan sonra Mardinə gedən daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının artdığını açıqlayıb. "Hadisə bütün təfərrüatları ilə araşdırılır, bütün ehtimallar dəyərləndiriləcək", - Soylu bildirib.
Qeyd edək ki, qəza bir neçə avtomobilin, o cümlədən yük maşınının toqquşması ilə baş verib.
***00:20
Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 19 nəfərə çatıb.
Demokrat.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.
Onun sözlərinə görə, xəsarət alan 26 nəfərdən 6-sının vəziyyəti ağırdır.
***2022-08-20 22:20
Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb.
Demokrat.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.
Onun sözlərinə görə, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.
"Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Xəsarət alnların müalicəsi üçün bütün vasitələr səfərbər edilib. Arzumuz Qaziantep və Mardində baş verən yol qəzalarına görə yeni ağrılar yaşamamaqdır".
İkinci bir trafik kazası haberiyle daha sarsıldık. Mardin’in Derik ilçesi üç yol mevkiinde freni patlayan tırın kalabalığın arasına girmesi sonucu meydana gelen kazada 16 kişi hayatını kaybetti, 8’i ağır olmak üzere 29 kişi yaralandı.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) August 20, 2022
***21:38
Türkiyənin Mardin şəhərində əyləc sistemi sıradan çıxan yük maşını yol kənarında olan insan izdihamına çırpılıb.
Sosial şəbəkələrdə dəhşətli hadisənin görüntüləri yayılıb.
Avtomobilin sürətinin yüksək olması çoxsaylı insan faciəsinə səbəb olub.
İlkin məlumata görə, qəza nəticəsində səkkiz nəfər həyatını ititib, onlarla şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, bu gün Türkiyənin Qaziantep şəhərində ağır yol nəqliyyat hadisəsi yaşanıb.
İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb.
Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub. Hadisə nəticəsində azı 16 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib.



