Region

Türkiyə ordusu Suriyada daha 11 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriyada daha 11 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisindəki birlikləri tərəfindən “Fərat qalxanı” aniterror əməliyyatının keçirildiyi bölgədə PKK/YPG terror təşkilatlarına ağır zərbə vurulub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatlarının 11 üzvü zərərsizləşdirilib.

Zərərsizləşdirilən şəxslərin bölgədəki sabitliyi pozmaq məqsədilə terror aktı planlaşdırdıqları müəyyən edilib.

Demokrat.az

D
demokrat.az