Region

Pensiyaçı ov tüfəngi ilə Rusiyanın “Su-34” qırıcısını vurub saldı... — VİDEO

Pensiyaçı ov tüfəngi ilə Rusiyanın “Su-34” qırıcısını vurub saldı... — VİDEO

2022-ci ilin martında Rusiya işğalçıları Ukraynanın Çerniqovu fasiləsiz bombardman edəndə təqaüdçü Valeri Fyodoroviç ov tüfəngini götürərək təyyarələrdən birinə atəş açıb. Nəticədə düşmənin "Su-34" qırıcısı məhvedilib.

Pensiyaçı ov tüfəngi ilə Rusiyanın “Su-34” qırıcısını vurub saldı... — VİDEO

Demokrat.az xəbər verir ki, yalnız dünən -avqustun 19-da ictimailəşdirilən bu xəbəri "UNİAN" nəşri yayıb. "Rus qırıcısı İkinci dövrə vuranda mən öz tüfəngimdən, hə, uşaqlar, öz tüfəngimdən atəş açdım və o, "ux" və yerə düşdü"- deyə təqaüdçü xatırlayır. Vurulmuş Rusiya qırıcısına görə penisyaçı Ukrayna Dövlət Sərhəd Xidmətinin “Dövlət sərhədinin mühafizəsində köməyə görə” medalı ilə təltif edilib”, - deyə agentliyin saytında bildirilir.

Pensiyaçı ov tüfəngi ilə Rusiyanın “Su-34” qırıcısını vurub saldı... — VİDEO

Əsl ovçu kimi Viktor Fyodoroviç vurulmuş "Su-34"-dən bir parçanı xatirə üçün götürüb saxlayır. "Yaşın imkan versə, orduya gedərsənmi" -deyə soruşduqda ahıl kişi belə cavab verib: "Elə bu gün! Piyada, dördəmə, sürünərdim!" Döyüşlər zamanı bu təqaüdçü ukrayın kişi daim Çerniqov müdafiəçilərinə və mülki sakinlərə kömək edib. Onun evinin zirzəmisində uşaqlı qonşular gizləniblər.(moderator.az)

D
demokrat.az