Bakının Nərimanov rayonu ərazisində ağır yol qəzası baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-ə məlumat veriblər.
Verilən məlumata görə, “BakuBus”sərnişin avtobusu ilə yük maşını toqquşub.
Hadisə Həsən Əliyev küçəsində qeydə alınıb.
Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil.


