"Məscidə gedən xanımlara, gəlinlərə baxıram. Fikirləşirəm ki, körpə uşaqları yanlarına salıb, gedib "şaxsey" deyib, sinə vurmaqdansa, bir halva bişirib, kasıb qapılarına ehsan kimi paylamaq Allaha daha xoş gedərdi".
Demokrat.az xəbər verir ki, bu sözləri aparıcı Zemfira Adıgözəlova instaqramda paylaşıb.
O, uşaqların məscidlərə aparılmağının koronavirusun yenidən yayıldığı bir dövrdə düzgün olmadığını bildirib:
"Xəstəliklərin yeni yayılan vaxtı uşaqları özünüzlə daşımaq nə məcburdu? Şəxsi fikrimdir".
Məlik Demokrat.az


