Bakıda azyaşlılar küçədə gecələyirlər. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Oxu.Azxəbər verir ki, söhbət paytaxtın “Şamaxinka” kimi adlanan ərazisindən gedir.
İddia edilib ki, beşkimsəsiz uşaq və anası bir neçə gündür ərazidəki parkda gecələyirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisiElşad HacıyevOxu.Az-a bildirib ki, azyaşlıların sığınacağa yerləşdirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edilib, ailənin sığınacağa yerləşdirilməsi artıq təmin edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisiTeymur Mərdanoğluisə redaksiyamıza açıqlamasında qeyd edibki, Komitəyə daxil olan müraciət əsasında beş uşaq və bir qadın sığınacağa yerləşdirilib:
“Məsələ ilə bağlı araşdırma aparılır”.
Əldə etdiyimiz məlumata görə, ailə Tovuz rayonundan Bakıya gəlib. Onların yaşadıqları yeri hansı səbəblə tərk etdikləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən Rayon İcra Hakimiyyəti arasında danışıqlar aparılır.


