Sosial

Bakıdan hansı rayonlara daha çox sərnişin axını var?

Bakıdan hansı rayonlara daha çox sərnişin axını var?

Yay mövsümündə daha çox şimal istiqamətində Quba, Qusar və Nabrana sərnişin axını çoxdur.

BunuTrend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Bildirilib ki, cənub marşrutu üzrə Masallı və Lerik rayonlarına, şimal-qərb marşrutu üzrə İsmayıllı, Qəbələ, Qax, Zaqatala rayonlarına səfər edən sərnişinlər üstünlük təşkil edir.

Ümumiyyətlə intensiv sərnişin axını Gəncə, Qazax və Mingəçevir istiqamətlərindədir.

D
demokrat.az