Gündəm Özəl

Deputat: “Türkiyə ilə iqtisadi ticarət əlaqələrinin genişləndirilməsi Rusiya üçün çox vacibdir”

Deputat: “Türkiyə ilə iqtisadi ticarət əlaqələrinin genişləndirilməsi Rusiya üçün çox vacibdir”

“Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında baş tutan görüş bundan sonrakı mərhələdə Türkiyə ilə Rusiya arasında əməkdaşlığa əlavə impuls verəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputat qeyd edib ki, bütövlükdə Rusiya-Türkiyə siyasi münasibətlərinin daha da inkişaf etməsini şərtləndirməklə, bütövlükdə hər iki ölkənin gələcək fəaliyyətinin uğurlu koordinasiyasına imkan yaradacaq:

“Bildiyimiz kimi, əsas müzakirə məsələsi Rusiya ilə Türkiyə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, Rusiya ilə iki ölkə arasında ticarət dövriyyəsinin yüksəldilməsi və bank, maliyyə sistemində maraqlara cavab verən ortaq şərtlərin təmin olunmasından ibarət oldu.

Deputat: “Türkiyə ilə iqtisadi ticarət əlaqələrinin genişləndirilməsi Rusiya üçün çox vacibdir”

Belə ki, Putinlə Ərdoğan arasında imzalanmış yol xəritəsinə əsasən Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin 100 milyard dollara yüksəldilməsi nəzərdə tutulur. Ayrıca olaraq, “Mir” ödəniş sisteminin Türkiyədə də tətbiq olunması istiqamətində razılaşmalar müzakirə olundu. Türkiyə ilə Rusiya arasında ticarətdə rublun işlənilməsi, tətbiq olunması haqqında razılıq əldə olundu. Ümumiyyətlə, hesab edirəm ki, bu görüş Rusiya üçün daha önəmli bir görüş idi. Çünki məhz hazırki məqamda Türkiyə-Rusiya əlaqələrinin və münasibətlərinin daha sağlam bir duruma gətirilməsi Rusiya iqtisadiyyatının hazırki durumu üçün müsbət impulslar verə bilər”. “Bildiyimiz kimi, Rusiyaya çox istiqamətli dərin sanksiyalar tətbiq olunmaqdadır. Belə bir şəraitdə Türkiyə ilə iqtisadi ticarət əlaqələrinin genişləndirilməsi Rusiya üçün çox vacibdir. Ayrıca olaraq, bu Türkiyə iqtisadiyyatı üçün də əlavə dividentlər təqdim edir. Çünki Rusiya bazarı böyük bir bazardır və bu bazarda Türkiyənin təsirinin iştirakçılığının genişləndirilməsi Türkiyə iqtisadiyyatına real müsbət təsir göstərəcək. Hesab edirəm ki, bütövlükdə müzakirə olunan məsələlər gələcəkdə siyasi nöqtələrdə də Rusiya-Türkiyə maraqlarının mövqelərinin uzlaşdırılması baxımından da təsirli olacaq”- deyə, sonda deputat fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az