Hadisə

“Babadağ​”a ziyarətə gedən 20-yə yaxın şəxsdən xəbər yoxdur

“Babadağ​”a ziyarətə gedən 20-yə yaxın şəxsdən xəbər yoxdur

Azərbaycanda 20-yə yaxın şəxs İsmayıllı və Quba rayonlarının sərhəddində yerləşən "Babadağ" pirinə ziyarətə gediblər.

Bu barədə Metbuat.az-a ziyarətə gedənlərin qohumları bildirib.

Onların sözlərinə görə, dünən günorta saatlarında İsmayıllı rayonun Təzəkənd kəndindən "Babadağ"a yola düşən həmin şəxslərdən xəbər ala bilmirlər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, artıq axtarış-xilasetmə işləri başlayıb:

"FHN-nin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək".

Qeyd edək ki, Babadağ İsmayıllı və Quba rayonlarının sərhəddində yerləşən dağ olub dəniz səviyyəsindən 3632 metr yüksəkdə yerləşir. Babadağ həm də ziyarətgah yeridir və zirvəsi "Həzrətbaba" piri adlanır.

Demokrat.az

D
demokrat.az