Abşeron rayonunun Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında yaralananların adları məlum olub.
Həmin partlayış nəticəsində xəsarət alanların adları aşağıda qeyd olunub.
Həsənzadə Cavid Zaur (1981-ci il təvəllüdlü), Əhmədov Orxan Fərhad (1986-ci il təvəllüdlü). Onlar baş,boyun,hər iki yuxarı və aşagı ətrafların 2-3-cü dərəcəli termiki yanıgı ilə Yanıq Mərkəzinə yerləşdirilib.
Əhmədov Fuad Bəyoğlan oğlu (1991-ci il təvəllüdlü), vəziyyəti orta ağır olaraq qiymətləndirlir. O, natamam yanıq məhsulları ilə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Nuru Nurlan Yaşar oğlu (1997-ci il təvəllüdlü), vəziyyəti kafi olaraq qiymətləndirlir. O, baro travma diaqnozu ilə ambulator yardımdan sonra evə göndərilib.
Demokrat.az


