Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Baş Prokurorluq media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirilib ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Demokrat.az-a açıqlamasında bildirib ki, bu, vaxtında verilmiş bir xəbərdarlıqdır.
Deputat vurğulayıb ki, Baş Prokurorluq tərəfindən media təmsilçilərinə belə bir ciddi məsələ ilə bağlı xəbərdarlığın edilməsini normal qarşılanmalıdır:
“Həqiqətən də, bəzən mətbuat səhifələrində elə qərəzli, böhtan, şər xarakterli yazılar yazılır ki, bu da “Media haqqında” Qanunun 14.1.11 maddəsinin açıq şəkildə pozulması deməkdir. Bu da əlbəttə cəmiyyətdə bir xaos yaradır. Açığı bəzən mətbuatda kiməsə qarşı qərəzli və böhtan xarakterli yazılar gedir. Həmin adamlar bəzən öz haqqını qorumağa belə özünə sığışdırmır və ayıb bilir. Sözsüz ki, məhkəmə vasitəsilə belə hallarda öz hüququnu müdafiə etmək olar, amma çox təəssüf ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır. Bəzən hər hansı bir tanınmış ictimaiyyətçi, siyasətçi, dövlət adamı, dövlət məmuruna qarşı mətbuatda qərəzli, qarayaxma kampaniyaları, qarayaxma yazılar gedir və hədəfə alınan məmur sözsüz ki, hüquq-mühafizə orqanları tərəfindən öz tapdalanmış hüququnu, şəxsiyyətinin və ləyaqətinin təhqir olunması ilə bağlı öz hüququnu bərpa edə bilir. Amma, Azərbaycanda bu məsələyə sanki söz azadlığının pozulması kimi baxırlar. Ona görə də, bu məsələ jurnalist, media təmsilçiləri tərəfindən və yaxud da sosial şəbəkə istifadəçiləri, bloggerlər tərəfindən yaxşı qarşılanmır. Baş Prokurorluq tərəfindən belə bir xəbərdarlığın edilməsi hesab edirəm ki, hər kəsin hüquq və azadlıqlarının qorunmasına yönəlib.
Eyni zamanda, cəmiyyətdə bir xaos yaratmaq istəyən qüvvələrin qarşısını alır. Bir sözlə, Baş Prokurorluğun belə bir xəbərdarlıq etməsi bir tərəfdən insanların hüquqların kobudcasının pozulmasına qarşısını almağa, digər tərəfdən də mətbuatda, sosial şəbəkələrdəki bu hərc-mərcliyin qarşısının alınmasına yönəlib. Ona görə də, yayılmış bu xəbərdalığı dəstəkləyirəm”.
“Bu xəbərdarlığı sözsüz ki, bütün mətbuat nümayəndələrinə, jurnalistllərə və yaxud bloggerlərə, sosial şəbəkə istifadəçilərinə şamil etmək olmaz. Çünki bəzi adamlar var ki, Azərbaycandakı söz azadlığından sui-istifadə edərək məlum olmayan məqsədlərə xidmət edir. Buna görə də, qarayaxma, şantaj, böhtan xarakterli yazılar gedir. Düşünürəm ki, Baş Prokurorluq tərəfindən edilən bu xəbərdarlıq bu kimi halların qarşısını alacaqdır,”- deyə, deöutat sonda fikirlərini yekunlaşdırıb.
Aynurə Pənahqızı Demokrat.az


