İqtisadiyyat Özəl

Azərbaycanda sahibkarlığın inkişafına yüksək dəstək verilir

Azərbaycanda sahibkarlığın inkişafına yüksək dəstək verilir

Son illər Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət dəstəyi nəzərəçarpan dərəcədə artmaqdadır. Bununla belə müəyyən səbəblərdən azad sahibkarlığın inkişafı ilə bağlı problemlər qalmaqdadır. Bəs görəsən, iqtisadçılar kiçik və orta sahibkarlığın vəziyyətini, onlara dövlət dəstəyini necə qiymətləndirirlər? Elə bu sualla bir neçə ekspertə müraciət etdik.

Azərbaycanda sahibkarlığın inkişafına yüksək dəstək verilir
Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, strategiyada məhz əsas hədəflərindən biri sahibkarlığın daha sürətli inkişafına nail olunması və sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsidir. Bu baxımdan bir tərəfdən sahibkarlara verilən kreditlərin həcminin artırılması ilə bağlı hədəflərin nəzərdə tutulması, eyni zamanda “Abşeron vadisi” kimi yeni layihələrin tətbiqi, startaplar üçün xüsusi maliyyə mexanizmlərinin reallaşması da bundan xəbər verir:

“Nəzərə alsaq ki, “Abşeron vadisi”nə 300 startapın cəlbedilməsi nəzərdə tutulur. Bu da nəticə etibarilə təxminən 13 milyon dollardan artıq investisiyanın cəlb edilməsi deməkdir. Eyni zamanda, sənayeləşmə həm işğaldan azad olunmuş ərazilərimizdə, həm də digər bölgələrimizdə sənaye parkı və sənaye məhələləri vasitəsilə güzəştlərin tətbiq edilməsi də birmənalı şəkildə ondan xəbər verir ki, sahibkarların təşviqi əsas istiqamətlərədən biridir. İşğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın formalaşması və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesinə də sahibkarlar daha fəal şəkildə cəlb olunacaqlar. Burada fərqli güzəşt mexanizmlərinin tətbiq edilməsi, xüsusən də güzəştli kreditlərin sayının artırılması kimi hədəflər var. Bütün bunlar da ondan xəbər verir ki, strategiya yaxın 4 ildə və bütövlükdə 2030-cu ilədək olan müddətdə sahibkarların daha yaxından dəstəklənməsini özündə ehtiva edir”.

Azərbaycanda sahibkarlığın inkişafına yüksək dəstək verilir
Millət vəkili vurğulayıb ki, sahibkarların dəstəklənməsi ilə bağlı konkret dövlət mexanizmləri nəzərdə tutulub:

“Mövcud mexanizmlərin genişləndirilməsi və təkmilləşdirilməsi prioritet məsələlərdəndir. Bu kontekstdən də nəzərə alsaq ki, burada güzəştli kredit mexanizminin təkmilləşdirilməsi və sahibkarlığa daha çox prioritet istiqamətlər üzrə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bu təbii ki, sahibkarlığın dəstəklənməsi baxımından çox vacib istiqamətlərdən biridir. Eyni zmaanda, artıq yeni alətlərlə burada aqrar sektorunda çalışanlar üçün yeni subsidiya mexanizmləri, fəaliyyət göstərən sahibkarlar üçün isə yeni maliyyələşmə və güzəşt mexanizmləri tətbiq olunacaq. Nəzərə alsaq ki buradan da sahibkarlar üçün maliyyə mənbələrinin genişləndirilməsi də əsas hədəflər sırasındadır. Nəticədə bu da sahibkarlara inkişafı üçün yeni imkanlar yaradacaq. O baxımdan təklif olunan dəstək mexanizmləri kifayət qədər genişdir, onların artırılması xüsusən də, sahibkarların aşağı faizlə kreditlərdən çıxış imkanlarının genişləndirilməsi mümkün olacaq”.

Deputat diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara genişmiqyaslı güzəştlərin tətbiq ediləcəyi gözlənilir:

“Nəticə etibarilə bütün bunlar ondan xəbər verir ki, növbəti 4 ildə də sahibkarların güzəştli mexanizmlərədn istifadəsi və bu istiqamətlərin təkmilləşməsi öz prioritetliyini qoruyub saxlayacaq. Qarabağ və Şərqi Zəngəzurda hələlik bərpa və yenidənqurma işləri həyata keçirildiyi üçün əlavə sahibkarlardan müraciətlərin yığılması həyata keçirilir. Növbəti mərhələdə sahibkarların prosesə cəlb edilməsi və investisiya qoyuluşunun həyata keçiriləcəyi gözlənilir. Bu baxımdan təbii ki, indiki halda sahibkarların təşviqi ilə bağlı mexanizmlər hazırlanır.

Azərbaycanda sahibkarlığın inkişafına yüksək dəstək verilir
Gözlənilir ki, Qarabağ və Şərqi Zəngəzura investisiya edən sahibkarlara genişmiqyaslı güzəştlər, o cümlədən vergi güzəştləri tətbiq olunacaq. Bu da təbii ki, sərmayənin cəlbedilməsinin təşviqi baxımından vacibdir. Digər bölgələrimiz isə bütövlükdə yeni qəbul edən strategiya bölgələrdə sahibkarların yaxından dəstəklənməsini özündən ehtiva eir. Amma, xüsusən də iri şəhərlərdə iri bazarlara yaxın rayonlara investisiyanın cəlb edilməsi nisbətən daha asandır. Çünki xüsusın nəqliyyat və logistik xidmətlərin şəbəkə vasitəsinin müəssəsilərin bazara çıxarılmasını təmin edə bilir. Amma ümumillikdə bölgələrə daha çox investisyanın cəlb edilməsi prioritet olaraq qalmaqdadır”.

İqtisadçı-ekspert Elçin Süleymanov isə Demokrat.az-a açıqlamasında Azərbaycanda hər zaman sahibkarlığın inkişafına dəstək verən addımların atıldığını vurğulayıb. “Bu sahədə mütəmadi olaraq qanunlar hazırlanır və proses mütəmadi bir şəkildədir. Eyni zamanda, ölkənin inkişafı ilə əlaqədar strateji yol xəritələrində də sahibkarlığın inkişafı məsələsi həmişə prioritetlərdən sayılır. Burada təbii ki sahibkarlığın inkişafı üçün ilk başda münbit iqtisadi iqlim mühit olmalıdır. Bundan da istifadə edərək həm yerli, həm əcnəbi sahibkarlar Azərbaycanda iş görürlər. Azərbaycanda yatırılan hər il investisiyaların həcminə baxdığımız zaman artım dinamikasına rast gəlinir. Qeyd edim ki, müstəqilliyin ilk illəri Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdə neft sektoruna kifayət qədər böyük vəsaitlər, daha sonra isə neft sektorundan gələn gəlirlər Bakı-Tbilisi-Ceyhan xətti, Bakı-Tbilisi-Ərzurum xətti işıqlandıqdan sonra artıq neft gəlirləri ölkə iqtisadiyyatının dirçəlməsi üçün istifadə olunmağa başladı. Və qeyri-neft sektoruna kifayət qədər böyük investisiyalar qoyuldu. Burada həm yüngül sənaye, həm qida sənayesi, həm digər sahələrdə kifayət qədər böyük həm yerli həm xarici investisiyakar, həm dövlətin investisiyası, həm dövlət-özəl birgə investisiyalar qoyuldu”.

Azərbaycanda sahibkarlığın inkişafına yüksək dəstək verilir
Ekspertin sözlərinə görə, sahibkarların əsas istədikləri yaxşı infrasturkturdur:

“Yəni, yol, işıq, qaz təminatıdır. Demək olar ki, bu problem həll olunub. Artıq Azərbaycanda demək olar ki, bu infrastrukturla əlaqadər sahibkarlara əlverişli məkan mühit təqdim edilir. İkinci sahibkarlar maliyyə mənbələrinə əlçatanlığı arzu edirlər. Burada da bank sektorunun kifayət qədər sahibkarlara təqdim edəcəyi güzəştlər, kreditlər investiya yardımları var və s. Burada vergi istiqamətində də sahibkarlara dəstək var. Misal üçün ixracatda təşviq, müxtəlif güzəştlərin edilməsi və s. Burada qeyd etdiyim kimi, sahibkarlıq azad bazar iqtisadiyyatıdır. Bəzi sahibkarlar yaxşı idarəetmə yolu tutmadığı zaman iflas edə bilir, amma bəziləri daha da böyüyə bilər. Burada bazar iqtisadiyyatıdır və dövlət haqsız rəqabətin aradan qaldırılmasında müəyyən mənada öz öhdəsinə götürməlidir. Bununla əlaqəli həm qanunvericilik bazası, həm son illərdə qanunsuz yoxlamaların aradan qaldırılması ilə əlaqədar vergi və digər qanunvericiliklər sahibkarlığın inkişafına mane ola biləcək nüansların aradan qaldırıla bilməsi istiqamətində kifayət qədər addımlar atılıb. Bu gün deyərdim ki, sahibkarlığın inkişafı üçün kifayət qədər əlverişli mühit var. Burada təbii ki, sahibkarlar düzgün sahə seçməlidirlər. Ölkədəki əhalinin sayını diqqətə almalıdır. İstehsal etdiyi məhsulların sadəcə yerli bazarlarda deyil, ixrac yönümü də diqqətə almalıdırlar. Xatırladım ki, pandemiya dövründə sahibkarlara müəyyən ziyan dəydi, lakin burada da dövlət qayğısı oldu müxtəlif sahələrdə,

Azərbaycanda sahibkarlığın inkişafına yüksək dəstək verilir
dəstək proqramları oldu”.

E.Süleymanov qeyd edib ki, dövlətin dəstəyi və təqdim etdiyi infrastrukturla bərabər sahibkarlar da yaxşı biznes planı quraraq hansısa sahələrdə ehtiyac varsa, o sahədə öz fəaliyyətini göstərə bilər:

“Xüsusilə turizm, kənd təsərrüfatı, istehsal sahəsi, maliyyə, bank sektoru, yəni bunların hamısı cəlbedici sahələrdir. Dünyada hansısa orqanik kənd təsərrüfatına çox ciddi tələb var. Bu məhsulların satışında da ciddi problem yoxdur. Azexpo portalında bəzən 2-3 milyard dollarlıq tələb olur, biz onun 20-25 faizini ancaq qarşılıyırıq. Burada sahibkarlar innovativ texnologiyalardan istifadı edərək istehsalın maya dəyərini aşağı salıb ixracatda rəqabətliyi qazanmalıdır. Ehtiyac olan sahələr düzgün seçilməlidir”. İqtisadçı əlavə dib ki, hazırda Qarabağın işğaldan azad edilmiş regionlarında həm turizmlə, həm kənd təsərrüfatının istehsalı, həm mədən sənayesi ilə əlaqədar çox əlverişli mühit var:

Azərbaycanda sahibkarlığın inkişafına yüksək dəstək verilir
“Eyni zamanda, müxtəlif texnologiya parkları, texnologiya məhəllərində sənaye zonalarının fəaliyyətindən istifadə etmək olar. Dövlət investisya proqramı çərçivəsində sahibkarlığın inkişafına dövlət dəstəyindən istifadə edərək istehsal sahələri qurmaq mümkündür. Burada qeyd etdiyim kimi, həm vergi ödəyəcələrinin sayındakı artım, həm ödənilən vergilərin həcmindəki artım onu deməyə əas verir ki, həm sahibkarların sayı, həm sahibkarlıqla məşğul olan insanların fəaliyyət sferası genişlənir. Burada başda neft, daha sonra isə qeyri-neft sektoruna bütün sahələri həm ticarət, həm xidmət, həm kənd təsərrüfatı, həm turizm son 10 ildə kifayət qədər inkişaf edib və dinamika var. Ölkənin iqtisadi inkişafı ilə əlaqədar həm yol xəritələrində, həm dövlət proqramlarında, ən son Prezident İlham Əliyevin imzaladığı 2022-2026 strateji inkişaf proqramında da yeni sahibkarların inkişafı ilə əlaqəli addımlar nəzərdə tutulur. Bu, bir silsilə tədbirdir və burada sahibkarlar həm yerli bazar, həm xarici bazarlara biznes planları quraraq addım atması, yəni onların inkişafına hər cür dəstək və münbit zəmin var. Həm özləri qazanarlar, həm dövlət büdcəsinə dəstək olarlar, həm də məşğulluğa müsbət təsirləri olar”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az