İranda daha 3 qadın edam edilib.
Demokrat.az xəbər verir ki, İranda bu gün ərini öldürməkdə ittiham edilən 3 qadın edam edilib.
Edam edilən qadınlardan biri 15 yaşında ərə verilən, 10 il sonra ərini öldürən Şoheila Abedi adlı bir qadın olub.
O, ərini öldürməyin səbəbini ailədaxili anlaşılmazlıq olduğunu bildirib.
Qeyd edək ki, 2010-2021-ci illərdən İranda 164 qadın edam edilib ki, onlardan 6-sı azyaşlı olarkən ərə verilən qızlar olub.
Malik Demokrat.az


