Qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərində start götürən Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə qələbə ilə start verib.
Demokrat.az-ın məlumatına görə, kişilərdən ibarət yığmanın ardından qadınlardan ibarət Azərbaycan millisi də ilk görüşündə 4:0 hesabı ilə qalib gəlib.
Azərbaycan komandası BƏƏ-ni məğlubiyyətə uğradıb.
Azərbaycan – BƏƏ 4:0
Xanım Balacayeva – Moza Əl-Mənsuri 1:0
Gövhər Beydullayeva – Vafiya Əl-Maamari 1:0
Gülnar Məmmədova – Aişə Əl-Maini 1:0
Ülviyyə Fətəliyeva – Essa Ruda 1:0
Qeyd edək ki, avqustun 10-da başa çatacaq Ümumdünya Şahmat Olimpiadasının ilk turunda Azərbaycanın kişilərdən ibarət millisi də Əlcəzairə 4:0 hesabı ilə qalib gəlib.


