Gündəm Özəl

Politoloq: “Ermənistanın bu prosesdən boyun qaçırmaq üzrə heç bir şansı yoxdur”

Politoloq: “Ermənistanın bu prosesdən boyun qaçırmaq üzrə heç bir şansı yoxdur”

Ermənistan hakimiyyəti Laçın şəhərindən yan keçən yolun Ermənistan hissəsinin tikintisinə başlanılacağı təsdiqləyib. Bu barədə Ərazi İdarəetmə və İnfrastuktur Nazirliyinin saytında bildirilib.

Qeyd olunub ki, “M-12 (Tex-Kornidzor) avtoyolunun rekonstruksiyasına 2022-ci ilin avqustunda başlanacaq və bu, Laçın yolunun alternatividir.

Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir və bu öhdəliklərdən biri də Laçın şəhərindən yan keçən yolun Ermənistana aid hissəsinin tikintisi ilə bağlıdır. Politoloq vurğualyıb ki, artıq Azərbaycan Laçın dəhlizinə alternativ yolun öz üzərinə düşən hissəsinin tikintisinə prosesini yekunlaşdırmaq üzrədir:

Politoloq: “Ermənistanın bu prosesdən boyun qaçırmaq üzrə heç bir şansı yoxdur”

“Dövlətimiz ilk günlərdən Azərbaycan-Ermənistan arasındakı münasibətlərin gələcəyi ilə bağlı öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə başlayıb. Həm Rusiya tərəfindən təşkil edilən görüşlərdə alınan qərarlar, həm Avropa İttifaqı Şurasının moderatorluğu altında keçirilən Brüssel görüşlərində imzalanan Brüssel bəyanatlarının nəticələrini özündə əks etdiən razılaşmalar və digər məsələlərdə ölkəmiz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Lakin bugünə qədər Ermənistan bu prosesdən yayınmağa çalışırdı. Ümumiyyətlə, çevik addımlar atmırdı. Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Ermənistanda artıq Laçına alternativ yolun tikintisi ilə bağlı işlərinin başlanacağı anonsu Azərbaycanın qalib tərəf kimi diqtə etdiyi şərtləri Ermənistanın məcburən yerinə yetirməsi deməkdir. Ümumiyyətlə, həmin yolun tikintisi mütləq reallaşmalıdır”.

T.İsmayılov əlavə edib ki, Ermənistanın bu prosesdən boyun qaçırmaq üzrə heç bir şansı yoxdur:

“Ermənistan konkret addımlar atmalıdır, çünki Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi 10 noyabr bəyanatı imzalanarkən 2020-ci ildə yaxın 3 il ərzində reallaşmağı nəzərdə tutulurdu. Burada ən uzaq təqvim 3 il nəzərdə tutulmuşdu. Bu baxımdan mən hesab edirəm ki, Ermənistanın bu məsələdə hansısa addımlar atmamaq kimi seçimi yoxdur. Xoşluqla bu məsələdə Ermənistan üzərinə düşəni etməsə, Azərbaycanın “dəmir yumruğu” yerindədir. Və bütövlükdə Ermənistanın bu məsələni reallaşdırmaqdan başqa heç bir yolu qalmayıb”.

Aynurə Demokrat.az

D
demokrat.az