Dünən axşam saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfər balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batıb.
Demokrat.az xəbər verir ki, həmin şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur.
Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.
Hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu tərəfindən hər iki şəxsin axtarışları davam etdirilir.(bizim.media)



