Qərbi Kaspi Universitetindən tələbələrə köçürülmə üçün sənədlərin verilməməsi ilə bağlı iddialara cavab verilib.
Təhsil müəssisəsindən Oxu.Az-a verilən məlumata görə, dünən bütün müraciət etmiş tələbələrə müvafiq sənədlər təqdim olunub.
“Köçürmə tələbənin müəyyən çərçivədə hüququdur, transkriptin verilməməsindən söhbət gedə bilməz, sadəcə, işçilər məzuniyyətdə olduqlarından bir qədər ləngimə baş vermişdi, bu da aradan qaldırıldı.
Amma istənilən halda diqqətinizi bir məsələyə yönəltmək istərdik ki, dövlətin tələbələrin köçürülməsi ilə bağlı yaratdığl şəffaf mühitdən bəzi işbazlar öz məqsədləri üçün istifadə edirlər. Bu çirkli mexanizmə qarşı mübarizə aparılmalıdır”, - açıqlamada qeyd olunur.
Demokrat.az


