Xəbər verdiyimiz kimi, 1988-ci il hadisələrindən sonra Azərbaycandan köçüb Dağlıq Qarabağa gedən bir qrup erməni seperatçı rejimin onlara olan münasibətinə etiraz olaraq sosial şəbəkələrdə yeni kampaniyaya başlayıblar.
Demokrat.az xəbər verir ki, "Facebook" sosial şəbəkəsində "Унесенные судьбой" adlı səhifə açıblar və bu səhifə vasitəsilə üzləşdikləri problemlərini paylaşıb yardım toplamağa çalışırlar.
Ötən gün həmin səhifədə Bakıdan köçüb Xankəndində məskunlaşan bir qrup erməninin yaşadığı binanın fotoları paylaşılıb.
Bildirilir ki, 30 ilə yaxındır tələbə yataqxanasında yaşayan bu şəxslərin mənzil şəraiti acınacaqlı vəziyyətdədir.
Sosial şəbəkədə paylaşılan həmin məlumatın şərh bölməsinə rəy yazan ermənilər seperatçı rejimin başında duran şəxslər barəsində tənqidi fikirlərini bildiriblər.
Karen Ağabekyan adlı şəxs bildirib ki, "Artsax"da Bakıdan və Azərbaycan SSR-nin digər şəhərlərindən gələn "qaçqınlar" heç vaxt mənzillə təmin olunmayıblar. Qeyd olunur ki, yarıtmaz "Artsax" höküməti bundan utanmalıdır:
"Lakin onların övladları nazir atalarının oğurladıqları pullar hesabın aldıqları xarici avtomobilləri sürürlər. Bu hakimiyyətin ayıbıdır". Daha sonra həmin şəxs sual verir ki, siz hələ də bu əclaflara səs verirsiniz?
Ruzanna Avakyan adlı şəxs yazır ki, bizim məktubumuz "prezidentə" qədər gedib çatmır. Karen Ağabekyan adlı şəxs isə bildirir ki, guya prezidentin bundan xəbəri yoxdur?:
"Onlar hər şeyi bilirlər. Onların hamısı oğrudur".
Narine Poqasyan adlı şəxs isə seperatçı rejimi nəzərdə tutaraq yazır ki, bu küçüklər özlərindən başqa heç kimi saymırlar, heç kimə baxmırlar.(Yeniavaz.com)




