Hadisə

Tovuzda avtomobil qəzası: Ölən və xəsarət alan var

Tovuzda avtomobil qəzası: Ölən və xəsarət alan var

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

“VAZ” markalı iki avtomobilintoqquşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az