Sosial Özəl

Boşanmalar sürətlə artır, psixoloji test kömək ola bilərmi?

Boşanmalar sürətlə artır, psixoloji test kömək ola bilərmi?

Statistika komitəsi tərəfindən bu ilin yanvar-fevral ayları üçün aparılan hesablamaların nəticəsinə görə boşananların sayı 6323 nəfərdir. Kifayət qədər böyük göstəricidir. Bəs nə üçün ailə qurulur, daha sonra ayrılıqlar baş verir? Görəsən, psixoloji testdən keçmə boşanma sayının azalmasına nə dərəcədə kömək ola bilər? Psixoloq Aidə Nəbiyeva psixoloji testlərin bu mövzudan çıxış yolu ola biləcəyini düşünür.

Boşanmalar sürətlə artır, psixoloji test kömək ola bilərmi?

“Tərəflərin bir-birini tanımaması, bir-birlərindən xarakterlərini gizlətməsi məsələsi, temperament xüsusiyyətlərinin uyğunlaşmaması, adaptasiyanın əmələ gəlməməsi və şəxsiyyətdə olan nevroloji səbəblərdən yaranan problemlər bu gün erkən boşanmalara səbəb olur. Məhz bu erkən boşanmalar olmasın deyə, cəmiyyətdə bu cür tədbirlər məhz qanuniləşmiş formaya gətirilib çıxarılsa, məncə, daha yaxşı olar və hətta münasibətlər rəsmiləşdirilməmişdən öncə bu tip testlərdən keçilsə, daha gözəl olar.”

Ailə Qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zülfiyyə Sadıqova isə hesab edir ki, bu cür testlər könüllü olmalıdır.

Boşanmalar sürətlə artır, psixoloji test kömək ola bilərmi?

“Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan səbəblər içərisində ən çox xarakter uyğunsuzluğu məsələsi əsas götürülür. Səbəb olaraq göstərilir. Əgər biz desək ki, məsələn, ailə qurmamışdan əvvəl tərəflər arasında bir test keçirək, təklif eləmək olar. Ancaq bu məcburi xarakter daşıya bilməz. Çünki şəxs psixoloji diaqnoztikadan olaraq keçməlidir. Deyək ki, test var, şəxsiyyətlərarası münasibətləri müəyyən eləmək üçün xüsusən də, cütlüklər üçün bu nəzərdə tutulub. Bu test ilkin olaraq, ölkə üzrə modifikasiya keçməlidir. Ondan sonra tətbiq olunması könüllü olaraq göstərilə bilər.” Yəni test bir çox cütlüklər arasında yoxlanılmalı və ölkənin xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır.

“Ola bilər ki, test başqa bir ölkədə yaranıb və ordakı suallar, cavablar bizim ölkə üçün, bizim düşüncə tərzimiz üçün uyğun deyil və biz orada yalnış nəticələr ala bilərik. Ona görə hər hansı bir test ölkədə sınaqdan keçirilməlidir. Nəticələr toplanılmalıdır, sonra tətbiq oluna bilər.”

Deyə bilmərik, psixoloji test boşanmamalar üçün çıxış yoludur, ya yox. Amma ailə qurarkən yüz ölçüb, bir biçmək lazımdır. Statistikanın 6323 nəfəri göstərməməsi, bu rəqəmlərin kiçilməsi üçün bəlkə elə orta məktəblərdən başlamalıyıq? Bəlkə də yuxarı siniflərdə ailə münasibətlərinə dair dərsliklər tədris olunarsa, yeniyetmələr gələcəyə psxioloji cəhətdən hazırlanarsa, boşanmaların da qarşısı nisbətən alınmış olar.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az