Gündəm Özəl

“Qarabağdakı separatçı güclər İrəvana çox da müti deyillər” — ŞƏRH

“Qarabağdakı separatçı güclər İrəvana çox da müti deyillər” — ŞƏRH

“Erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması məsələsi Gürcüstanda olan görüşdən sonra oldu”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elman Vəliyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni hərbi birliklərinin Qarabağdan çıxarılmasına başlandığı və prosesin avqustda tamamlanacağı haqda açıqlamasına münasibət bildirərkən deyib. Politoloq bildirib ki, bu görüşədək qarşı tərəfin rəsmiləri bu mövzuya toxunmayıb:

“Təbii ki, Armen Qriqoryan Ermənistanın dövlət rəsmisidir və onun bu çıxışı propaqandaya səbəb olmamalıdır.

“Qarabağdakı separatçı güclər İrəvana çox da müti deyillər” — ŞƏRH

Qriqoryan yaxşı bilir ki, dilindən bu söz çıxdı və əməl edilməzsə, qarşı tərəf məcbur o yaraqlıları çıxardacaq. İqtidar yaxşı anlayır ki, çatışmalar erməni hərbçilərinin ölümünə səbəb olur və bu da daxildə iğtişaşlara gətirib çıxardır. Təbii ki, həmin qüvvələr rəsmi İrəvana tabedir. Lakin Qarabağdakı separatçı güclər İrəvana çox da muti deyillər. Diqqət etmişiksə, görərik ki, qondarma respublikanın nümayəndələri İrəvanı günahkar kimi qələmə verərək, özlərini məhv etməyəcəklərini bildirir. Fikrimcə, əsas bu qondarma respublikanın ləğvinə, özünü müdafiə birləşmələrinin çıxarılmasına çalışmalıyıq”.

Aynurə Demokrat.az

D
demokrat.az