Gündəm Özəl

Türkiyə bu ölkədə yeni antiterror əməliyyatına başlayır: Əsəd rejimi devrilir? — ŞƏRH

Türkiyə bu ölkədə yeni antiterror əməliyyatına başlayır: Əsəd rejimi devrilir? — ŞƏRH

Türkiyə Suriyanın şimalında antiterror əməliyyatı keçirməkdə qərarlıdır. Hətta Prezident Rəcəb Tayyib Ərdoğan Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətində olduqlarını deyib.

Məsələyə münasibət bildirən politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, Ankaranın indiki mənada geri addım atacağı inandırıcı deyil. Politoloq əlavə edib ki, bununla belə Türkiyənin Əsəd qüvvələri ilə toqquşmaya girməsi də inandırıcı deyil:

Türkiyə bu ölkədə yeni antiterror əməliyyatına başlayır: Əsəd rejimi devrilir? — ŞƏRH

“Məsələ ondadır ki, rəsmi Ankaranın apardığı antiterror əməliyyatları BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanır. Türkiyə də bu minval ilə Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətindədir. Ancaq türk qüvvələrinin ehtimal Əsəd qüvvələri ilə toqquşması prossesi antiterror əməliyyatları kontekstindən çıxarıb iki ölkə arasında müharibə konteksinə keçə bilər. Düşünmürəm ki, Ankaranın belə bir niyyəti olsun. Ehtimal ki, Ankara və belə bir ssenaridən yayınamağa çalışacaq. Proses bu ssenari üzrə cərəyan etsə bu zaman Kremlin prossesə müdaxiləsi qaçınılmazdı. Həm İran, həm də Rusiya yaxşı bilir ki, Əsədin Türkiyə qarşısında şansı yoxdur. Əsəd Türkiyəni qarşısına alsa bu onun hakimiyyətinin sonu deməkdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az