Hadisə

Polisə gedib evindən silah oğurlandığını dedi, özü də tutuldu

Polisə gedib evindən silah oğurlandığını dedi, özü də tutuldu

Xızı sakini evində saxladığı ov tüfənginin oğurlandığını deyərək polisə şikayət edib.

DİN-in Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə şəhər sakini Ə.Hüseynovun evindən “İJ-58” markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən Ə.Hüseynovun qardaşı oğlu H.Hüseynzadə saxlanılıb. Onun həmin evdən “TOZ-17” markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub.

Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb. H.Hüseynzadə ilə yanaşı, Ə.Hüseynov da saxlanılıb.

Araşdırma aparılır.

Məlik Demokrat.az

D
demokrat.az