Region

Gürcüstanda mikroavtobus aşdı, xəsarət alanlar var

Gürcüstanda mikroavtobus aşdı, xəsarət alanlar var

Gürcüstanın Borjomi rayonunun Kvabişxevi kəndi yaxınlığında mikroavtobus qəzaya uğrayıb.

Demokrat.az“Sputnik Georgia”ya istinadən xəbər verir ki, Axalsixe-Tbilisi marşrutu ilə hərəkət edən mikroavtobus yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Nəqliyyat vasitəsində 14 sərnişin olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az