Hadisə

Goranboyda baş vermiş qəza ilə bağlı “Azərşəkər” MMC-dən AÇIQLAMA

Goranboyda baş vermiş qəza ilə bağlı “Azərşəkər” MMC-dən AÇIQLAMA

Goranboyda baş verən yol nəqliyyat hadisəsində xəsarət alanlar “Azərşəkər”in əməkdaşları deyil.

Bu barədə qurumdan məlumat verilib.

“Qəzada yaralanan bir nəfər fərdi sahibkardır. Müqavilə şəklində bölgədə yerləşən şirkətlərlə əməkdaşlıq edir”, - deyə “Azərşəkər” MMC-dən bildirilib.

Qeyd edək ki, bu gün Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qaramusalı kəndində qeydə alınıb. Hərəkətdə olan mikroavtobusun aşması nəticəsində 24 nəfər xəsarət alıb

Demokrat.az

D
demokrat.az