Sosial

Kürdəmirdə 26 yaşlı oğlanı ilan sancdı

Kürdəmirdə 26 yaşlı oğlanı ilan sancdı

Kürdəmir sakinini ilan sancıb.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Karrar kəndində baş verib.

Kənd sakini 26 yaşlı Şahlar Qalası oğlu Qasımov gəzərkən onu zəhərli ilan sancıb. Ş.Qasımov yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Xəstəxanada ona ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

İlanın gürzə olduğu ehtimal olunur.

D
demokrat.az