Dünya Özəl

ABŞ Konqresinin nümayəndə heyəti Kiyevə səfərə gedib

ABŞ Konqresinin nümayəndə heyəti Kiyevə səfərə gedib

ABŞ Konqresinin Nümayəndələr Palatasının bir sıra üzvləriKiyevə gəlib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında məlumat verib.

Ukrayna dövlətinin başçısı ABŞ-a təhlükəsizlik sahəsində elan etdiyi son yardım paketinə görə minnətdarlığını bildirib.

O, HIMARS raket sistemləri və mərmilərinin çatdırılmasını xüsusilə qeyd edib.

Prezident həmçinin əlavə edib ki, Vaşinqtonun ölkənin müdafiəsinə verdiyi töhfəni yüksək qiymətləndirir.

Leyla Demokrat.az

D
demokrat.az