Sosial

Sumqayıtda məktəbdə pul yığan müəllim işdən çıxarıldı — VİDEO

Sumqayıtda məktəbdə pul yığan müəllim işdən çıxarıldı — VİDEO

Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin valideynlərdən attestat və digər işlərlə bağlı pul istəməsi faktı aşkarlanıb.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllim dərhal işindən azad edilib:

“Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”.

Demokrat.az

D
demokrat.az